Berlin hava limanında bütün uçuşlar təxirə salındı

Berlin hava limanında bütün uçuşlar təxirə salındı
Berlin-Brandenburq Beynəlxalq Hava Limanı (BER) işçilərin tətili səbəbindən bütün uçuşları ləğv edib.
Bu barədə yanvarın 25-də "Associated Press" məlumat yayıb.
Ümumilikdə nümayişlər Almaniyanın paytaxtına gedib-qayıdan 300-ə yaxın reysi əhatə edib. 
Onlar işçilərin maaşlarının ayda 500 avroya qədər artırılmasını tələb edirlər. Buna cavab olaraq işəgötürən onlara 2000 avro məbləğində birdəfəlik ödəmə təklif edib.
Gundelik-Baku.Org