Moskvada 40-dan çox təyyarə reysi təxirə salındı

Moskvada 40-dan çox təyyarə reysi təxirə salındı
Moskva hava limanlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib. Bunların əksəriyyəti “Domodedovo” və “Vnukovo” aeroportlarına nəzərdə tutulan uçuşlar olub.  
Bu barədə məlumatı TASS yayıb.
Bildirilir ki, Moskva vaxtı ilə saat 10:42-yə olan məlumata görə, “Şeremetyevo”da 6 reys gecikib, 6 reys isə ləğv edilib. “Domodedovo”da 12 reys gecikib, 1-i ləğv edilib. “Vnukovo” aeroportunda isə 10 reys ləğv edilib, 6 reys gecikib.
Rusiya Hidrometeorologiya Mərkəzi bazar ertəsi Moskvada qarın hündürlüyünün 1941-ci ilin dekabrın 19-da qeydə alınan rekord göstəriciyə - 34 sm-ə yaxınlaşa biləcəyini proqnozlaşdırır. Məlumata görə, şənbə günü Moskva və Moskva ətrafında bəzi yerlərdə güclü qar və sulu qar yağacağı gözlənilir.
Bazar günü qar daha da güclənəcək, sürəti 15 m/s-dək olan qar fırtınası gözlənilir. Sürücülər və pilotlar üçün çətin şərait yaranacaq.
Gundelik-Baku.Org