Moskva hava limanlarında 60-dan çox reys təxirə salınıb

Moskva hava limanlarında 60-dan çox reys təxirə salınıb
Dekabrın 18-i bazar günü Moskva hava limanlarında 49 reys gecikib, 12 reys isə ləğv edilib .
Gediş-gəliş cədvəlində dəyişiklik paytaxtın üç hava limanında müşahidə olunur.
Xidmətin məlumatına görə, Vnukovoda 11 reys gecikir, 8 reys isə ləğv edilir .
Domodedovoda 28 reys gecikib, ikisi ləğv edilib. Həmçinin  Şeremetyevoda 10 reys gecikib, ikisi ləğv edilib.
Davam edən qar yağışı səbəbindən şəhərin hava limanlarında gecikmələr və ləğvlər yaranıb. Qar yağması gün ərzində davam edəcək.
Həmçinin Moskvada yağan qar tramvayların hərəkətində gecikmələrə səbəb olub .
Bundan əvvəl qar yağması ilə əlaqədar Moskva və Moskva vilayətində tufan xəbərdarlığı elan edilib. Güclü yağıntı, qar uçqunu, zəif görmə, küləyin sürətinin 15 m/s-dək olacağı proqnozlaşdırılıb.
Gundelik-Baku.Org