“WhatsApp” bu ölkədə tamamilə qadağan edilə bilər

“WhatsApp” bu ölkədə tamamilə qadağan edilə bilər
“Whatsapp” mesajlaşma proqramı “Onlayn Təhlükəsizlik Aktı”na görə tezliklə İngiltərədə qadağan oluna bilər.

Xarici medianın məlumatına görə, Meta-nın WhatsApp rəhbəri Uil Ketçert, İngiltərənin tezliklə təsdiqlənməsi gözlənilən Onlayn Təhlükəsizlik Qanunu səbəbindən Whatsapp-ı qadağan edə biləcəyini açıqlayıb.
Bildirilib ki, Onlayn Təhlükəsizlik Aktı tətbiqi hazırda xidmətdə mesajları qoruyan başdan sona şifrələməni zəiflətməyə məcbur edə bilər.
Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, WhatsApp bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı var.
Başdan sona şifrələmə yalnız göndərən və qəbul edənin onları oxuya bilməsini təmin etməklə mesajların təhlükəsizliyini təmin edir.
Texnologiya şirkətləri və təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, mesajları sındırma və digər təhlükələrdən qorumaq vacibdir.
Lakin bəzi ölkələr, o cümlədən Böyük Britaniya, mesajların qeyri-qanuni məzmunun yoxlanılması üçün bunun zəiflədilməli olduğunu iddia edib.
Gundelik-Baku.Org