"Whatsapp"dan daha bir YENİLİK - Bu funksiya sayəsində...

"Whatsapp"dan daha bir YENİLİK - Bu funksiya sayəsində...
"Whatsapp" ani mesajlaşma proqramı istifadəçilər üçün yeni xüsusiyyət təqdim edib.
Məşhur proqram iOS və Android istifadəçiləri üçün sorğu funksiyasını işə salıb.
Yeni funksiya ilə istifadəçilər qrup çatlarında sorğular yarada biləcəklər. "WhatsApp" Sorğu funksiyası istifadəçilərə 12 seçimdən ibarət sorğu yaratmağa imkan verir.
Qeyd edək ki, eyni cavab variantı təkrar yazılarsa, platforma istifadəçiləri xəbərdar edir.
Bu funksiyası hələlik yalnız mobil cihazlarda mövcuddur. "WhatsApp Web" üçün belə bir funksiya hələ mövcud deyil.
Gundelik-Baku.Org