“WhatsApp”a gözlənilən funksiya gəldi: Hesabınızı bir neçə…

“WhatsApp”a gözlənilən funksiya gəldi: Hesabınızı bir neçə…
“WhatsApp” messenceri bir neçə telefonda eyni hesabdan istifadə etmək imkanı verəcək. 
Eyni anda bir neçə smartfonda “WhatsApp” hesabınıza giriş edə biləcəksiniz. 
Yeni funksiyanı aktivləşdirmək üçün parametrlər hissəsində “Cihazı əlaqələndir” bölməsini seçməlisiniz. Daha sonra ikinci telefonun ekranında QR kodunu skan etməlisiniz. 
Məlumata görə, eyni anda 4 cihazı bir hesaba qoşmaq mümkün olacaq. Təkcə yeni mesajlar deyil, əvvəlki ismarıclar da avtomatik sinxronizasiya olunacaq. 
Qeyd edək ki, funksiya tezliklə istifadəçilərin ixtiyarına veriləcək və yalnız Android telefonları üçün əlçatan olacaq. 
Gundelik-Baku.Org