“Whatsapp”da yeni funksiya – Bundan sonra…

“Whatsapp”da yeni funksiya – Bundan sonra…
Məşhur mesajlaşma proqramı "WhatsApp” yeni funksiyasını təqdim edib.

Bu yaxınlarda icmalar adı altında yeni bir seçim gətirən WhatsApp-a daha bir inanılmaz xüsusiyyət gəlib.

Yeni yeniləmə həm mobil proqramda, həm də veb interfeysdə istifadə olunmağa başlayıb.

Məlumata görə, yeni yeniləmələrlə 5 min nəfərə qədər elan qrupu yaradıla bilər. Burada qarşılıqlı əlaqə olmayacaq, ancaq izlədiyiniz kanallardan məlumat alacaqsınız.

Yeniləmə ilk dəfə iOS beta-da müşahidə edilib. Test mərhələsində olan xüsusiyyət bir çox istifadəçiyə təqdim edilməyə başlayıb.
Gundelik-Baku.Org