"WhatsApp"dan hər kəsi sevindirəcək YENİLİK

"WhatsApp"dan hər kəsi sevindirəcək YENİLİK
"WhatsApp" Android və iOS istifadəçilərinə fayl paylaşmaq üçün nəzərdə tutulan limiti artırır.
Bu barədə məlumatı "WABetaInfo" dərc edib.
Belə ki, "WhatsApp" istifadəçiləri artıq 100-ə qədər foto və video paylaşa biləcək. Daha əvvəl bu say 30 idi. 
Hazırda sınaq mərhələsində olan funksiya tezliklə istifadəyə veriləcək.
Həmçinin "WhatsApp"ın digər yeni funskiyaları da açıqlanıb:
1) Sənəd başlığı: İstifadəçilər sənəd göndərərkən başlıq əlavə edə biləcəklər. Bu da göndərilən sənədin məzmununu təsvir etmək üçün şərait yaradır. 
2) Fərdiləşdirilmiş avatarlar yaratmaq: İstifadəçilər stiker və profil şəkli kimi istifadə edilə biləcək avatar yarada biləcəklər.
Gundelik-Baku.Org