WhatsApp-dan inqilabi YENİLİK

WhatsApp-dan inqilabi YENİLİK
WhatsApp-ın yaxın vaxtlarda xəbər bülletenləri funksiyasını işə salacağı bildirilib.
 
Xarici medianın məlumatına görə, dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp xəbər dünyasına addım atmağa hazırlaşır. WhatsApp xüsusi xəbər bülleteni funksiyası üzərində işləyir.
Proqramın 2.23.5.3 kodu ilə Android beta versiyasında inkişaf mərhələsində kəşf edilən bu xüsusiyyət "Xəbərlər" adından istifadə edir.
Ən son Android beta versiyasında aşkarlanan “Xəbərlər” adlı xüsusiyyət, İcmalar bölməsinin yeni versiyası olacaq.
Bildiyiniz kimi, WhatsApp-ın icmalar funksiyası elan qrupları yaratmağa imkan verir.
Xəbər bülleteni funksiyası əlçatan olduqda, xəbər mənbələri WhatsApp xəbər bülletenlərini yarada biləcəklər.
Bundan əlavə, istifadəçilər sevimli xəbər mənbələrini izləyərək xəbər lentlərini fərdiləşdirmək imkanı əldə edəcəklər.
Gundelik-Baku.Org