“WhatsApp”a maraqlı və yeni EMOJİLƏR gələcək

“WhatsApp”a maraqlı və yeni EMOJİLƏR gələcək
“WhatsApp” mesajlaşma platforması tezliklə maraqlı yeniləmə edəcək.
Xarici KİV məlumatına görə, “Meta” şirkəti tətbiqdə yeni 21 emoji üzərində çalışır.
Bununla yanaşı, əvvəlki daha 8 emoji də yenidən dizayn ediləcək. “WhatsApp”ın beta versiyasında artıq bu 8 smayliki görmək mümkündür. Amma siz onları hiss etməyə də bilərsiniz. Çünki dəyişikliklər çox gözə çarpmır. Əlavə edilmiş skrinşot sayəsində hansı emojilərin yenidən işlənib hazırlandığının fərqinə varacaqsınız.
Aşağıda 8 emojinin köhnə və yeni versiyalarını, həmçinin 21 yeni smayliki təqdim edirik:
Gundelik-Baku.Org