İranın daha 6 şəhərində onlarla məktəbli qız zəhərləndi

İranın daha 6 şəhərində onlarla məktəbli qız zəhərləndi
Şimali Xorasan, Fars, Rezevi Xorasan, İsfahan, İlam və Xuzistan əyalətlərində yeni zəhərlənmə halları qeydə alınıb.
 
Xarici medianın məlumatına görə, İranın müxtəlif əyalətlərində məktəblərdə təxminən 3 aydır müşahidə edilən kütləvi zəhərlənmə halları ilə bağlı araşdırmalar davam edir. Bir çox şəhərlərdə onlarla qız şagirdin zəhərləndiyi bildirilir.
Şimali Xorasan Təhsil Baş direktoru Ebulkasim Əkbəri Bocnurd əyalətində iki məktəbdən 46 qız şagirdin zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Əkbəri tələbələrin ürəkbulanma, halsızlıq, başgicəllənmə kimi şikayətlərinin olduğunu və vəziyyətlərinin yaxşı olduğunu bildirib.
Fars əyalətinin Şiraz və Servistan şəhərlərində 24 şagird, İlam əyalətinin Eyvan, İsfahan vilayətinin Kaşan, Rezevi Xorasan əyalətinin Məşhəd və Xuzistan əyalətinin Əhvaz şəhərlərində onlarla şagird oxşar şikayətlərlə xəstəxanalara yerləşdirilib.
Digər tərəfdən, Xuzistan əyalətinin 6 şəhərində indiyədək 700 qız şagirdin zəhərləndiyi və onlardan 200-nün müşahidə altına alındığı qeyd edilib.
Gundelik-Baku.Org