Ağdaşda 5 yaşlı uşaq dərmandan ZƏHƏRLƏNDİ

Ağdaşda 5 yaşlı uşaq dərmandan ZƏHƏRLƏNDİ
Ağdaş rayonunda zəhərlənmə hadisəsi olub.
Hadisə rayonun Şəkili kəndində qeydə alınıb. Kənd sakini, 2018-ci il təvəllüdlü Nihad Mahmudov yaşadığı evdə nəzarətsiz qalıb və bir şüşə dərmanı içib. Qəflətən halı pisləşən azyaşlı uşaq zəhərlənmə diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyi nəticəsində N.Mahmudovun həyatı xilas olunub.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org