İranda 120 şagird zəhərləndi

İranda 120 şagird zəhərləndi
İranın Tehran və Qum şəhərlərində yerləşən məktəblərdə şagirdlər arasında kütləvi zəhərlənmə olub. 
Bu barədə “İran İnternational” məlumat yayıb. 
Zəhərlənən tələbələrin çoxu xəstəxanaya çatdırılıb. Belə ki, Qum şəhərinin 13 məktəbində 120 şagird zəhərlənərək hospitala yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Lakin hadisənin səbəbləri açıqlanmayıb. 
İranın təhsil naziri Yusif Nuri isə zəhərlənmə xəbərlərini “şayiə” adlandırıb. 
Gundelik-Baku.Org