Bloger, qardaşı və bacısı zəlzələdə öldü

Bloger, qardaşı və bacısı zəlzələdə öldü
Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Hatayda əməliyyatlar zamanı sosial şəbəkə fenomeni Taha Duymazın cəsədi dağıntılar altından çıxarılıb. 
Günlərlə uçqun altında qalan Duymazın meyiti ailəsinə təhvil verilib. Fenomenlə birgə bacısı və qardaşının da meyiti dağıntılar altından tapılıb. 
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib./Modern.az  
Gundelik-Baku.Org