Kahramanmaraşda 200 yaralı var, 70 nəfər ölüb - Vitse-prezident

Kahramanmaraşda 200 yaralı var, 70 nəfər ölüb - Vitse-prezident
Türkiyənin vitse-prezidenti Fuat Oktay zəlzələ ilə bağlı son məlumatları açıqlayıb. 
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Oktay Kahramanmaraşla bağlı zəlzələ statistikasını mətbuatla paylaşıb. 
O bildirib ki, Kahramanmaraşda zəlzələ nəticəsində 70 nəfər həyatını itirib, 200 nəfər isə yaralanıb. 30 bina tamamilə dağılıb. 
"Rəqəmlər arta bilər", - deyə vitse-prezident söyləyib. 
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb. 
 
Gundelik-Baku.Org