Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 43,5 mini ötdü

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 43,5 mini ötdü
Türkiyədə baş verən zəlzələlərdə ölənlərin sayı 43 min 556 nəfərə çatıb.
Bu barədə TRT-yə daxili işlər naziri Süleyman Soylu məlumat verib.
O bildirib ki, Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra 7 min 930 afterşok qeydə alınıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Eyni gün Qaziantep vilayətində də 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində, həmçinin Suriyada ciddi dağıntılara səbəb olub.
Hələ də dağıntılar altında xeyli sayda insanın olduğu güman edilir.
Axtarış-xilasetmə işləri davam edir.
Gundelik-Baku.Org