İranda yeni hərbi təlimlər başladı

İranda yeni hərbi təlimlər başladı
İranın bəzi bölgələrində İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) birgə hava hücumundan müdafiə təlimləri başlayıb.
“Mehr” xəbər verir ki, təlimlər “Modafean Aseman Velayat 1401” (“Vilayət səmasının gözətçiləri - 1401”) kod adı daşıyır.
Hərbi təlimlərin mətbuat katibi, ikinci briqada generalı Abbas Fərəcpurun sözlərinə görə, təlimlərin məqsədi düşmənin ölkə səmasına təhdidlərə qarşı müdafiəni gücləndirmək, ölkənin həssas və həyati əhəmiyyətli mərkəzlərini hərtərəfli qorumaqdır.
İran Silahlı Qüvvələri öz hazırlığını və hərbi qüdrətini artırmaq üçün mütəmadi olaraq hərbi manevrlər həyata keçirir.
"Modafean Aseman Velayat" təlimləri sonuncu dəfə 2021-ci ilin oktyabrında baş tutub.
Gundelik-Baku.Org