Daha bir ölkə ABŞ-dan F-16 alacaq

Daha bir ölkə ABŞ-dan F-16 alacaq
İordaniya ABŞ-la ilk mərhələdə 12 ədəd F-16 alması üçün müqavilə imzalayıb.
İordaniyanın dövlət televiziyası Əl-Memleke-nin məlumatına görə, paytaxt Əmmanda İordaniya Baş Qərargah rəisinin müavini briqada generalı Abdullah Şadifət, Hərbi Hava Qüvvələri komandanı Məhəmməd Fethi Hiyasət və ABŞ-ın Əmmandakı səfirinin müavini Rohit Nepalın iştirakı ilə imzalanma mərasimi keçirilib.
Bildirilib ki, ilk növbədə İordaniyaya 12 ədəd F-16 satışını ehtiva edən razılaşma Əmmanın müdafiə qabiliyyətini və hərbi çəkindirmə gücünü gücləndirmək məqsədi daşıyır.
Qeyd olunub ki, saziş ABŞ və İordaniya arasında hərbi əməkdaşlığın və birgə əməliyyatların artırılması, terrorizmlə mübarizənin gücləndirilməsi və regionda sabitliyin dəstəklənməsi məqsədi daşıyır.
Gundelik-Baku.Org