Zəlzələdə ölən deputat Adıyamana bunun üçün gəlibmiş

Zəlzələdə ölən deputat Adıyamana bunun üçün gəlibmiş
Kahramanmaraşda baş verən iki güclü zəlzələ minlərlə insanın həyatına son qoyub. 
Adıyamandakı zəlzələdə dağıntılar altında qalaraq həyatını itirən AK Partiyasından olan deputat Yakut Taşın şəhərə zəlzələdən bir gün əvvəl gəldiyi məlum olub.
Belə ki, qardaşı oğlunun nişan mərasimində iştirak edən deputat gecəni Adıyamanda keçirib. Təbii fəlakət nəticəsində deputat ailəsi ilə birlikdə dağıntılar altında qalaraq həlak olub. Bundan əlavə Taşın 28 qohumu zəlzələnin qurbanı olub.
Həmin şəxslərin də nişan mərasimində iştirak etmək üçün Adıyamana gəldikləri məlum olub. 
  • Zəlzələdə ölən deputat Adıyamana bunun üçün gəlibmiş
Gundelik-Baku.Org