Sonuncu “imtahan”dan kəsilən tələbə Samir dəfn edilir - Video

Sonuncu “imtahan”dan kəsilən tələbə Samir dəfn edilir - Video
Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri Samir Quliyevlə Gədəbəydə vida mərasimi keçirilir. 
“Qafqazinfo” xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və s. şəxslər iştirak edir.
Mərhum Gədəbəyin İnəkboğan kəndində dəfn olunacaq.
Qeyd edək ki, S.Quluyev Malatya şəhərində yerləşən İnönü Universitetinin tələbəsi olub. Onunla birlikdə daha 3 azərbaycanlı tələbə dağıntılar altında qalaraq həlak olub.







Gundelik-Baku.Org