12 yaşlı oğlan ailəsini xilas etdi - ÖZÜ HƏLAK OLDU

12 yaşlı oğlan ailəsini xilas etdi - ÖZÜ HƏLAK OLDU
Kahramanmaraşda baş verən zəlzələdə 12 yaşlı Rüzgar Taşın ölümü hər kəsi kədərləndirib.
 
Gecə oyaq olan Rüzgar zəlzələni hiss edərkən ailəsini yuxudan oyadaraq, onları xilas edib. Amma özü dağıntılar altında qalaraq həlak olub. 
Rüzgar anası Nebahat, atası Halim Taş və 6 bacı, qardaşını yuxudan oyandırıb. Uşaqlardan beşi binadan çıxaraq uzqlaşa bilib. Rüzgarla anası, atası və bir bacısı çıxmağa çalışanda uçan binanın altında qalıblar. Ana, ata və bacı sağ çıxarılsa da, Rüzgarı xilas etmək mümkün olmayıb.
Gundelik-Baku.Org