Birinci zəlzələdə verilən qərar ikinci zəlzələdə fəlakətə səbəb olub

Birinci zəlzələdə verilən qərar ikinci zəlzələdə fəlakətə səbəb olub
Hatayda zəlzələ nəticəsində dağılan “Renaissance Residence” ilə bağlı qorxunc iddia irəli sürülüb.
 
Xarici medianın məlumatına görə, ilk 7,7 bal gücündə zəlzələdən sonra tam dağılmayan Renaissance Residence-də yaşayan onlarla vətəndaş ərazinin ortasındakı toplaşma yerinə aparılaraq burada gözləyib. Onların 9 saat sonra baş verən 7,6 bal gücündə ikinci zəlzələnin qurbanı olduqları iddia edilib.
Birinci zəlzələdə dağılmayan binaların ikinci zəlzələ ilə dağılmasından sonra yüzlərlə insanın dağıntılar altında qaldığını iddia edən bölgədəki mənbələr, iddianın araşdırılmasını tələb ediblər.
Gundelik-Baku.Org