Zəlzələdə voleybol komandasının bütün üzvləri faciəli şəkildə həlak oldu

Zəlzələdə voleybol komandasının bütün üzvləri faciəli şəkildə həlak oldu
Türkiyə Voleybol Federasiyası (TVF) Şimali Kipr Türk Cümhuriyyətinin ( KKTC ) voleybol komandasından 16 nəfərin Adıyamanda "əsrin fəlakəti" zamanı çökən otelin dağıntıları altında həyatını itirdiyini açıqlayıb.
Federasiyadan edilən şərhdə, "Türkiyədə baş verən zəlzələ fəlakətində Adıyamandakı otelin dağıntıları altında tapılan Şimali Kipr voleybol komandasından 16 nəfərin həyatını itirdiyini dərin hüznlə öyrəndik. Həyatını itirən bütün idmançılarımıza və vətəndaşlarımıza Allah rəhmət eləsin, ailələrinə və millətimizə başsağlığı veririk", - bildirilib. 
Məlumata görə, şəhərdə keçirilən orta ixtisaslararası idman yarışları üçün ŞKTC-dən olan oğlan və qızlardan ibarət komandalarda 24 idmançı, 5 müəllim və 6 valideyn olmaqla ümumilikdə 35 nəfərin iştirak etdiyi açıqlanıb.
Gundelik-Baku.Org