İranda qaz anbarında partlayış - Yaralılar var

İranda qaz anbarında partlayış - Yaralılar var
İranda Həmədan şəhəri yaxınlığındakı qaz anbarında partlayış olub. 
İran KİV-ləri xəbər verir ki, bu barədə Həmədan Bələdiyyəsi Yanğınsöndürmə İdarəsinin baş direktoru Seyid Sadiqpur Sina açıqlayıb. 
O, partlayışdan sonra yanğının baş verdiyini qeyd edib. Hadisə nəticəsində 2 nəfər yaralanıb, beş avtomobil yanaraq kül olub. 
Qəzanın səbəbi və dəymiş ziyanın miqdarı hələlik məlum deyil. 
Gundelik-Baku.Org