Türkiyədə şirkət binalardakı çatları belə gizlətdi

Türkiyədə şirkət binalardakı çatları belə gizlətdi
Xəbər verdiyimiz kimi, fevralın 6-da Kahramanmaraşın Pazarcık rayonunda qeydə alınan güclü zəlzələ Türkiyənin 10 vilayətində dağıntı və itkilərə səbəb olub.  
Zəlzələ nəticəsində ümumillikdə 5 775 bina dağılıb.
Zəlzələdə dağılan vilayətlərindən biri olan Adanada bəzi binalardakı çatları gizlətmək üçün tikililərə suvaq vurulduğu ortaya çıxıb. Tikinti şirkətinin baş verən zəlzələdə binada yaranan çatı bu şəkildə gizlətməsi tənqid obyektinə çevrilib.  
Belə ki, on minlərlə insan təlafatına səbəb  olan binaların zəlzələyə və  digər təbii fəlakətlərə dayanıqlı olmaması insanların haqlı narazılıqlarına səbəb olub. 
Gundelik-Baku.Org