Gündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİB

Gündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİB
Türkiyədə zəlzələ qurbanı olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə Sumqayıt qəbristanlığında torpağa tapşırılıb.
Mərhumun cənazəsi ötən axşam Vətənə gətirilib. Bu gün vida mərasimindən sonra isə dəfn edilib.
 
*** 11:26
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir. 
Vida mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və s. şəxslər iştirak edir.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı da həlak olub.
Gundelik-Baku.Org