Azərbaycan Ermənistanda keçiriləcək Uşaq Avroviziyası Mahnı Müsabiqəsində iştirak etməyəcək

Azərbaycan Ermənistanda keçiriləcək Uşaq Avroviziyası Mahnı Müsabiqəsində iştirak etməyəcək
Azərbaycan bu il dekabrın 11-də keçiriləcək "Uşaq Avroviziyası - 2022" yarışmasında təmsil olunmayacaq. 
BAKU.WS xəbər verir ki, buna səbəb beynəlxalq müsabiqənin Ermənistanın paytaxtı İrəvanda təşkil edilməsi olub. 
Bu haqda İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Azərbaycan rəsmi şəkildə "Uşaq Avroviziyası - 2022" yarışmasında iştirak etməyəcək. 
Məlumat üçün qeyd edək ki, ötən il "Uşaq Avroviziyası - 2021" müsabiqəsi Fransanın paytaxtı Parisdə baş tutub.
Ölkəmizi "One of those days" mahnısı ilə Sona Əzizova təmsil edib. O, yarışmada 151 xal toplayaraq beşinci yeri tutub.
Müsabiqədə iştirak edən Ermənistan təmsilçisi Malena isə "Qami qami" mahnısı ilə yarışmanın qalibi olub. O 224 xalla ilk yerdə qərarlaşıb.
Gundelik-Baku.Org