KTN-nin gizli TENDERYEYƏNİ Elvin Nəbiyev KİMDİR? - İLGİNC FAKTLAR

KTN-nin gizli TENDERYEYƏNİ Elvin Nəbiyev KİMDİR? - İLGİNC FAKTLAR
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, İnstitutun “Qərzəkli meyvə bitkilərinin in vitro üsulu ilə çoxaldılması texnologiyasının elmi əsaslarının işlənməsinin satın alınması” lotu üzrə keçirdiyi satınalmanın məbləği 69.561 manat, qalibi isə “Agrodev” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

KTN-nin gizli TENDERYEYƏNİ Elvin Nəbiyev KİMDİR?

“Agrodev” MMC 2015-ci ilin may ayında dövlət qeydiyyatına alınıb.

On manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Nəbiyev Elvin Bahəddin oğludur.

Qeyd edək ki, “Agrodev” MMC Kənd Təsərrüfatı nazirliyinə yaxın olan şirkətlərdən hesab edilir. Şirkət yarandığı tarixdən nazirliyin strukturlarına daxil olan təşkilatların sifarişçi olduqları çoxsaylı satınalmalarda qalib elan edilib.

KTN-nin gizli TENDERYEYƏNİ Elvin Nəbiyev KİMDİR?

“Agrodev” MMC-nin qanuni təmsilçisi Elvin Nəbiyev “OXFHAM” təşkilatının kənd təsərrüfatı layihələri üzrə rəhbəri olub.

O, eyni zamanda Kənd Təsərrüfatı nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəri olub.

Elvin Nəbiyevin Kənd Təsərrüfatı nazirliyinin PR işlərini aparması barədə də mediada yazılar dərc edilib.
Gundelik-Baku.Org