Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları üçün açılır

Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları üçün açılır
"Ermənistan və Türkiyə dövlətləri sərhəddəki Marqara körpüsünün tez bir zamanda istifadəyə verilməsi üçün mümkün olan hər şeyi edəcək".
Bu sözləri Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç armenpress-ə müsahibəsində deyib.
O, bildirib ki, hər iki dövlətin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək:
"Bu gün Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər".
Gundelik-Baku.Org