"Ermənistan və Azərbaycan bu barədə razılığa gəlib" - Armen Qriqoryan

"Ermənistan və Azərbaycan bu barədə razılığa gəlib" - Armen Qriqoryan
Sülh sazişinin müzakirəsi çərçivəsində Ermənistan və Azərbaycan yalnız bir məqamda - ölkələr arasında diplomatik münasibətlərin qurulması ilə bağlı razılığa gələ biliblər. 
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkə parlamentində çıxışı zamanı bildirib. 
"Təəssüf ki, razılığın olduğu bir məqam var, bu, Vyana Konvensiyası çərçivəsində diplomatik münasibətlərin qurulması ilə bağlı məqamdır, bütün digər məqamlar üzrə dəqiq razılıq yoxdur", - Qriqoryan deyib. 
Gundelik-Baku.Org