"Sərhədlərin açılması ən qısa zamanda baş verəcək" - Qriqoryan

"Sərhədlərin açılması ən qısa zamanda baş verəcək" - Qriqoryan
Ermənistan hər an Türkiyə ilə sərhədi açmağa hazırdır. 
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 
O bildirib: “Ermənistan hər an sərhədi açmağa və Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır”. 
A.Qriqoryanın sözlərinə görə, İrəvan və Ankara müzakirələri davam etdirir: “Biz müzakirələri davam etdirəcəyik, ümid edirik ki, sərhədlərin açılması ən qısa zamanda baş verəcək”
Gundelik-Baku.Org