Ankara ilə İrəvan razılaşdı - sərhədlər açılır

Ankara ilə İrəvan razılaşdı - sərhədlər açılır
Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə təkan vermək barədə razılığa gəliblər.
Bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç deyib.
Onun sözlərinə görə, Ermənistan və Türkiyənin sərhədində yerləşən Marqara körpüsünün tezliklə istismara verilməsi planlaşdırılır.
“Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcəklər. Tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək”, - deyə Serdar Kılıç qeyd edib.
Gundelik-Baku.Org