Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 8500-ə çatdı

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 8500-ə çatdı
Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələlər nəticəsində Suriyada da ciddi dağıntılar baş verib və xeyli sayda insan həlak olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regionunda fövqəladə hallar üzrə direktor Rik Brennan, artıq bu ölkədə təbii fəlakət nəticəsində ölənlərin sayının 8 min 500-ə çatdığını bəyan edib.
O bildirib ki, onlardan 4000-i respublika hökumətinin nəzarətində olan ərazidə həlak olub:
 “Hələlik dəqiq rəqəmlər söyləmək çətindir, çünki onlar hər gün artmaqdadır və biz şimal-qərbdən dəqiq məlumat gözləyirik. Lakin bizdə olan məlumatlara əsasən, Suriya hökumətinin nəzarətində olan ərazilərdə 4000-ə yaxın adam ölüb, daha 2500 nəfər yaralanıb, Suriyanın şimal-qərbində isə 4500 nəfər ölüb, 7500 nəfər yaralanıb”.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sonuncu məlumatlarına əsasən isə zəlzələ nəticəsində ölkədə 29 605 nəfər həlak olub.
Hər iki ölkədə axtarış-xilasetmə işləri davam etdirilir.
Gundelik-Baku.Org