Gənc basketbolçu QATİL oldu: Tutulanda görün nə dedi?

Gənc basketbolçu QATİL oldu: Tutulanda görün nə dedi?
ABŞ-ın Alabama ştatında kollec basketbolçusu Darius Miles küçənin ortasında iki qadını güllələyib. 
Xarici media xəbərinə görə, hadisə zamanı bir nəfər ölüb, Miles həbs olunub.
ABŞ-ın Alabama ştatında bazar günü axşam küçədə gedərkən iki qadına hücum edilib. Hücumu amerikalı kollec basketbolçusu Darius Milesin reallaşdırdığı iddia edilərkən, həmin anların kamera görüntüləri də ortaya çıxıb. Həmin görüntülərdə səkidə rahat şəkildə gedən gənc qadınların güllə səslərinə qışqıraraq qaçdıqları görülüb. Həmin anlar dünya gündəminə bomba kimi düşüb.
Araşdırmalar nəticəsində ABŞ polisi müəyyən edib ki, tapançadan atəş açan məhz Miles olub. Qısa müddətdə yaxalanan Miles həbs olunaraq həbsxanaya göndərilib. Həbsxanaya gedərkən əlləri qandallı olan Miles son sözləri olaraq "And içirəm ki, səni təsəvvür etdiyindən də çox sevirəm" deyərək göz yaşlarını saxlaya bilməyib. Mövzu ilə bağlı açıqlama verən polis kapitanı Cek Kennedi hadisənin universitet şəhərciyinə yaxın bir nöqtədə baş verdiyini bildirib.  
Digər tərəfdən hücuma məruz qalan qadınlardan 23 yaşlı Jamea Jonae Harris xəstəxanada dünyasını dəyişib. Ölümündən sonra başqa açıqlama verən Kennedi, Miles və gənc qadının daha əvvəl heç bir münasibətinin olmadığını bildirib.
Gundelik-Baku.Org