Hindistanda rusiyalı oliqarxların ölümü ARAŞDIRILACAQ

Hindistanda rusiyalı oliqarxların ölümü ARAŞDIRILACAQ
Hindistanda polis rəsmiləri ölkənin Odişa əyalətinin Rayaqada bölgəsindəki oteldə həyatını itirən rusiyalı biznesmen və siyasətçi Pavel Antov və onun dostu Vladimir Bidenovun ölümü ilə bağlı araşdırma aparacaqlarını açıqlayıb.
Xarici KİV xəbər verir ki, bu  barədə Hindistanın yerli polisi Rasmi Ranjan Pradhan məlumat verib. 
Belə ki, Bidenov dekabrın 22-də  tibbi nəticələrə əsasən infarktdan dünyasını dəyişib. Lakin Antovun ölümü  dekabrın 24-də baş tutub. O, hotelin pəncərəsindən yıxılaraq ölüb. 
Pradhanın sözlərinə görə, Antovun təsadüfən yıxılıb, yoxsa intihar etməsi araşdırılır.  
Gundelik-Baku.Org