"Homoseksuallıq cinayət deyil" - Roma Papası

"Homoseksuallıq cinayət deyil" - Roma Papası
Roma Papası Fransis homoseksuallığı cinayət hesab edən qanunları tənqid edərək, onları "ədalətsiz" adlandırıb. 
Xarici KİV xəbər verir ki, o, bu barədə “Associated Press“ agentliyinə müsahibəsində bildirib.
"Homoseksual olmaq cinayət deyil. Cinayət deyil, bəli, amma günahdır. Yaxşı, amma əvvəlcə günahla cinayəti ayırd etmək lazımdır. Həmçinin, günah bir-birinə mərhəmət göstərməməkdir".
O, etiraf edib ki, dünyanın bəzi yerlərində katolik yepiskopları homoseksuallığı cinayət hesab edən və ya LGBTQ icmasına qarşı ayrıseçkilik yaradan qanunları dəstəkləyir.
Eyni zamanda Frensis “Tanrı bizi olduğumuza görə sevir” deyərək diqqət çəkib və kilsəni dözümsüzlüklə mübarizəyə çağırıb.
Agentlik xatırladıb ki, katolikliyin təlimlərinə görə, homoseksuallara hörmətlə yanaşmaq lazımdır, baxmayaraq ki, homoseksual hərəkətlər “təbii olaraq pisdir”.
Papa homoseksuallığın dəb halına gəldiyini də vurğulayıb.
Gundelik-Baku.Org