XVI Benedikt dəfn olundu - YENİLƏNİB

XVI Benedikt dəfn olundu - YENİLƏNİB
Dekabrın 31-də 96 yaşında vəfat edən Roma Papası XVI Benedikt cümə axşamı Vatikanda dəfn edilib. O, özü istədiyi kimi, sələfi II İohann Pavelin (1920-2005) ilkin məzarında dəfn edilib.
Müqəddəs Pyotr meydanında keçirilən anım mərasiminə Roma Papası Fransisk rəhbərlik edib.
Vatikan jandarmının hesablamalarına görə, təxminən 50 min adam mərasimə qatılıb. Bəzi ziyarətçilər Benediktin kanonlaşdırılmasını tələb ediblər.
Dəfn mərasimində İtaliya və Almaniyadan rəsmi nümayəndə heyətləri iştirak edib. Onlara prezidentlər Sercio Mattarella və Frank-Valter Ştaynmayer rəhbərlik edib.
13:34
İtaliyada, Vatikanın Müqəddəs Pyotr meydanında dekabrın 31-də vəfat edən Fəxri Roma Papası XVI Benediktin dəfn mərasimi keçirilir.
95 yaşında vəfat edən XVI Benedikt səhhətinə görə “təqaüdə çıxan” ilk Papa olub və ömrünün son 10 ilini monastırda yaşayıb.
Gundelik-Baku.Org