Mourinyo "Roma"dan ayrıla bilər

Mourinyo "Roma"dan ayrıla bilər
"Roma"nın baş məşqçisi Joze Mourinyo mövsüm başa çatdıqdan sonra komandanı tərk edə bilər.
Bu barədə İtaliya mətbuatı xəbər verir. 
Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis klub rəhbərliyinin siyasətindən və transfer proseslərindən narazıdır.
Mourinyo 2021-ci ildən “Roma”da işləyir, Roma klubu ilə Konfrans Liqasının qalibi olub. Bu mövsüm "Roma" 34 xal toplayıb və A Seriyasında avrokubok zonasından kənarda, yeddinci yerdədir.
 
Gundelik-Baku.Org