Ermənistanda güclü partlayış - 3 nəfər yandı

Ermənistanda güclü partlayış - 3 nəfər yandı
Yanvarın 17-də axşam saatlarında Ermənistanın Kotayk rayonunun Zovuni kəndində qaz balonunun quraşdırma məntəqəsində güclü partlayış baş verib. 
Erməni KİV-ləri xəbər verir ki, partlayış nəticəsində 1990, 1998 və 2001-ci il təvəllüdlü ermənilər ağırr yanıq xəsarətləri alıblar. 
Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin məlumatına görə, qaz balonlarının quraşdırılması və xidmət məntəqəsinin zirzəmisində sızan qazın yanması partlayışa səbəb olub. 
Partlayışın təsirindən yerüstü ərazidə divarlar uçub, şüşələri sınıb, ərazidə dayanmış 3 avtomobiə ciddi ziyan dəyib.
Gundelik-Baku.Org