Rusiyada təyyarədə yanğın: Sərnişinlər təxliyə olundu

Rusiyada təyyarədə yanğın: Sərnişinlər təxliyə olundu
Domodedovo hava limanından havaya qalxmağa hazırlaşan Ural Hava Yollarına məxsus U6 167 Moskva - Kalininqrad reysini həyata keçirən təyyarənin göyərtəsində yanğın baş verib.
Məlumata görə, sərnişinlərdən birinə məxsus poverbank yanıb.
Cihaz əvvəlcə çox isinib, daha sonra qəfildən alovlanıb.
Aviaşirkət yanğının tez bir zamanda söndürüldüyünü, sərnişinlərin hava nərdivanlardan istifadə etməklə təyyarənin salonundan dərhal təxliyə edildiyini bildirib.
İnsident zamanı xəsarət alan olmayıb.

Mənbə: TASS
Gundelik-Baku.Org