Astanaya uçan təyyarə Bakıda eniş etdi

Astanaya uçan təyyarə Bakıda eniş etdi
Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.
Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.
Gundelik-Baku.Org