Peskov generalın yeni vəzifəyə təyin edilməsini təkzib etdi - YENİLƏNİB

Peskov generalın yeni vəzifəyə təyin edilməsini təkzib etdi - YENİLƏNİB
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov general-polkovnik Aleksandr Lapinin Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi təyin edilməsi ilə bağlı məlumatı təkzib edib. 
Kreml sözçünün sözlərinə görə, bu barədə rəsmi dərc edilmiş fərmanlar arasında müvafiq sənəd yoxdur.
Peskov onu da vurğulayıb ki, hazırda Müdafiə Nazirliyindən Lapinin yeni vəzifəyə təyin olunması ilə bağlı rəsmi məlumat yoxdur.
***11:19
General-polkovnik Aleksandr Lapin Rusiya Silahlı Qüvvələrin (QQ) Quru Qoşunlarının Baş Qərargahının rəisi təyin edilib.
RBC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. 
Lapinin hansı tarixdən rəsmi vəzifəyə başladığı və təyinatın nə vaxt baş tutduğu barədə məlumat yoxdur.
Gundelik-Baku.Org