Putinin ilin yekunlarına dair mətbuat konfransı ləğv olundu

Putinin ilin yekunlarına dair mətbuat konfransı ləğv olundu
Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransı bu il keçirilməyəcək.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu gün jurnalistlərlə söhbəti zamanı bildirib. 
"Eyni zamanda biz prezidentin jurnalistlərlə ünsiyyət imkanı tapacağını gözləyirik", - Peskov deyib. 
Kremlin sözçüsü onu da qeyd edib ki, prezidentin Federal Şuraya illik müraciəti ilə bağlı heç bir aydınlıq yoxdur.
Gundelik-Baku.Org