"Putini Xruşşovla müqayisə etməyin" - Peskovdan çağırış

"Putini Xruşşovla müqayisə etməyin" - Peskovdan çağırış
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya Federasiyanın Prezidenti Vladimir Putini Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovla müqayisə etməməyə çağırıb.
Bu barədə Rusiya KİV-ləri məlumat yaıb.
Peskov jurnalistlərlə söhbətində Karib böhranının və Ukraynaya müdaxilənin nüanslarının fərqli olduğunu izah edib. 
“Müqayisə etmək çətin ki, Putin Putindir, Xruşşov isə Xruşşovdu, onun krallığı cənnətdədir. Ona görə də mən düşünmürəm ki, Putini heç kimlə müqayisə etmək mümkün deyil”, - Peskov vurğulayıb.
Gundelik-Baku.Org