"Rusiya bu addıma cavab hazırlayır" - Peskov

"Rusiya bu addıma cavab hazırlayır" - Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb ölkələrinin Rusiya neftinin qiymətinə tavan tətbiq etməsinə münasibət bildirib. 
Bu barədə Kremlin rəsmi nümayəndəsi dekabrın 5-də jurnalistlərin Rusiyanın bu tədbirə reaksiyası ilə bağlı sualına cavab verərdən deyib. 
O, bu barədə cavab qərarının hazırlandığını qeyd edib: "Qərar hazırlanır, bir şey göz qabağındadır - biz heç bir tavanı tanımayacağıq". 
O, həmçinin əlavə edib ki, Qərb dövlətlərinin bu addımı dünya enerji bazarlarında sabitliyin pozulmasına gətirib çıxaracaq.
Gundelik-Baku.Org