Nazir onu Hacıqabul DYP-yə rəis təyin etdi

Nazir onu Hacıqabul DYP-yə rəis təyin etdi
Daxili İşlər Nazirliyində yeni təyinat olub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Rəşad Xəlilov Hacıqabul Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, R.Xəlilov bu vəzifəyə qədər Dövlət Avtomobil Nəqliyyatı Xidmətində avtomobil müfəttişi işləyib.
Gundelik-Baku.Org