Rusiya Almaniyanı HƏDƏLƏDİ

Rusiya Almaniyanı HƏDƏLƏDİ
"Əgər Almaniya hökuməti Ukraynanı bərpa etmək üçün Rusiya aktivlərini dondurmaq qərarına gəlsə, o zaman Rusiya da Almaniyaya eyni şeyi edəcək". 
Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz "Telegram" kanalında yazıb. 
“Belə bir qərar qəbul edilən kimi bizim Almaniya və digər dövlətlərin aktivləri ilə bağlı oxşar tədbirlər görmək hüququmuz var”, -  o yazıb.
Vyaçeslav Volodin daha əvvəl demişdi ki, 2023-cü il inkişaf ili, ümumi "Qələbə ili" olmalıdır. Onun fikrincə, hər kəs üçün - "öz sahəsində", "ölkənin dinc gələcəyi və vətəndaşlarımızın rifahı naminə" daha səmərəli iş lazımdır.
Gundelik-Baku.Org