Almaniya ölkəyə ixtisaslı işçi miqrasiyası almaq üçün “Fürsət Kartı” planını açıqladı

Almaniya ölkəyə ixtisaslı işçi miqrasiyası almaq üçün “Fürsət Kartı” planını açıqladı
Almaniya, ixtisaslı işçi çatışmazlığını həll etmək üçün xarici ixtisaslı işçilərin miqrasiyasını asanlaşdırmaq planı olan "Fürsət Kartı"nı elan edib.
 
Xarici medianın məlumatına görə, Almaniyada artıq iş axtaranlar üçün viza imkanı var. Fürsət kartı isə Almaniyada iş tapmaq istəyənlər üçün təsdiqlənmiş bir iş təklifi olmasa da Almaniyaya gəlmək imkanı verən çox asan və sürətli bir sistem olacaq. 
Plana uyğun olaraq Fürsət Kartı ilə iş axtaranlar Almaniyada daha sürətli və asan iş tapmaq şansı qazanacaqlar.
Fürsət kartı bal sisteminə tabe olacaq və Aİ-yə daxil olmayan vətəndaşların immiqrasiya etməsi üçün xüsusi meyarlara malik olacaq. 4 vacib meyardan 3-nə cavab verə bilən şəxs qiymətləndiriləcək. Bu meyarlar aşağıdakı kimi sıralanır:
*Universitet diplomu və ya peşəkar ixtisas
* Ən azı üç il peşəkar təcrübə
* Alman dili biliyi və ya əvvəllər Almaniyada yaşamış olması
*35 yaşdan aşağı olmaq.
İşçi qüvvəsində olan tələbata uyğun olaraq, Almaniya hökuməti tərəfindən buraxılan kartların sayı ildən-ilə məhdudlaşdırılacaq. Kriteriyalara cavab verənlər iş axtarmaq üçün Almaniyaya daha rahat gələ biləcəklər. Burada mühüm amil Almaniyada iş axtarmaq və tapmaqdır. Əgər iş tapa bilmirsə, kart sahibi bir müddət sonra Almaniyanı tərk etməli olacaq.
Bəzi mənalarda ABŞ-də Green Card-la bənzədilsə də, aralarında mühüm fərq var. Green Card ilə birbaşa ABŞ-a daxil ola bilərsiniz. Kart sahibinin orada işləməsi lazım deyil. Ancaq fürsət kartı Almaniyada iş tapmağa xidmət etdiyi üçün iş tapa bilməyənlər Almaniyanı tərk etməli ola bilərlər.
 
Gundelik-Baku.Org