"Zelenski mühakimə olunmalıdır" - Volodin

"Zelenski mühakimə olunmalıdır" - Volodin
"Ukrayna Silahlı Qüvvələri tərəfindən rus hərbi əsirlərə verilən işgəncələrə görə Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq tribunal qarşısına çıxarılmalıdır". 
Gazeta.ru xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.  
Belə ki, noyabrın 18-də internetdə Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulan rus əsgərlərinin cəsədlərini əks etdirən videoyazılar yayılmağa başlayıb. Videonun Svatovo yaxınlığındakı Makeevka ərazisində çəkildiyini bildirən Volodin, “Hər kəs ukraynalı nasistlərin hərbçilərimizi uzanmış vəziyyətdə, silahsız güllələməsinə dair sübutlar görüb... Kiyev rejimi öz vəhşiliklərinə görə ən ağır cəzaya layiqdir”, – vurğulayıb. 
O, Avropa ölkələrinin başçılarının hələ də bu cinayətləri pisləmədiyini vurğulayıb. Parlamentari baş verənləri XX əsrin 30-cu illəri ilə, rəqiblərini öldürən nasistlərin hakimiyyətə gəlişi ilə müqayisə edib.
"Kiyev rejimi ilə əməkdaşlıq edən ölkələr anlamalıdırlar ki, onlar nasist dövlətini, əli dirsəklərinə qədər qan içində olan sadistləri dəstəkləyirlər. Zelenski mühakimə olunmalıdır. O, tribunal qarşısına çıxmalıdır", – Volodin vurğulayıb.
Gundelik-Baku.Org