"Rusiyaya elə bir ordu lazımdır ki..." - Patruşev

"Rusiyaya elə bir ordu lazımdır ki..." - Patruşev
Rusiyada elə bir ordu və xüsusi xidmətlər olmalıdır ki, potensial rəqiblərin onunla müharibə etmək ağlına belə gəlməz.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. 
"Yeni hərbi təhdidlərin meydana çıxması fonunda elə silahlı qüvvələrə və xüsusi xidmət orqanlarına malik olmaq vacibdir ki, Rusiyanın opponentlərinin bizimlə döyüşə biləcəyini ağlına belə gətirməsin", - Təhlükəsizlik Şurasının katibi bildirib. 
Onun fikrincə, Qərb ölkələri Rusiyaya nifrətlə doludur və birbaşa Rusiya Federasiyasını düşmən adlandırır, lakin onlara Vyetnam, Əfqanıstan və digər ölkələrdəki uğursuz hərbi əməliyyatları xatırlatmaq lazımdır.
Gundelik-Baku.Org